Gecə gec və az yatanlar insulta yaxınlaşır - Gənclər təhlükədə

  • 2019.11.20 16:38
  • 4381 Baxış
Gecə gec və az yatanlar insulta yaxınlaşır   - Gənclər təhlükədə

Çin alimləri yuxusuzluqla insult arasında əlaqəni araşdırıb.


Pekin Universitetinin ekspertləri yeni tədqiqatlarında Çində xroniki xəstəliklərin monitorinqini aparan məlumat bazasından istifadə ediblər.


Medicina.az xəbər verir ki, 30-79 yaş arası insanlar üzərində 10 il müşahidə aparıblar. Təcrübənin əvvəlində bu adamların heç birində ürək-damar, infarkt, insult xəstəliyi olmayıb.


10 il ərzində müşahidə olunan könüllülərdən 130.032 nəfərində infarkt, insult, ürək-damar xəstəlikləri aşkarlanıb.


Alimlər bu xəstələrdə yuxusuzluğu araşdırıb.Yuxusuzluq dedikdə həftədə 3 dəfə olmaqla gec yatmaq, yuxunun gəlməməyi, yuxuya getməkdə problem, tez-tez oyanmalar, diqqət problemi, yuxudan doymamaq kimi amillər başa düşülür.


Tədqiqatda iştirak edənlərin 11% yuxuya getməkdən, 10% tez –tez oyanmaqdan, 2% diqqət problemindən şikayətlənib.


Hesablamalar göstərib ki, bu 3 simptomun hər üçünün olduğu xəstələr 18% daha çox ürəkd-damar problemlərindən əziyyət çəkib. Yaxşı yatmadıqlarına görə gündüzlər diqqət problemi yaşayanlarda isə insult, infarkt riski yüksəlib.


Heç yuxuya gedə bilməyənlər, yuxudan doya bilməyənlər həm ürək, həm də beyin tərəfdən xəstəliklərlə qarşılaşıb

Eləcə də insan nə qədər gənc olursa, yuxusuzluğun ürək və beyinə təsiri bir qədər artır.