Gənc şair-jurnalistin 2 böyrəyi eyni vaxtda sıradan çıxdı - Ziyalılardan birinci xanıma MÜRACİƏT

  • 2019.05.13 15:52
  • 8807 Baxış
Gənc şair-jurnalistin 2 böyrəyi eyni vaxtda sıradan çıxdı -  Ziyalılardan birinci xanıma MÜRACİƏT
 Jurnalistlər Birliyinin üzvü, şair və jurnalist kimi tanınan Vüsal Rzazadənin qəfildən eyni vaxtda 2 böyrəyi fəaliyyətini dayandırıb. Təcili orqan köçürülməsi tələb olunan jurnalist üçün  ölkənin 100-ə yaxın tanınmış şəxsi tərəfindən imzalanmış müraciət I vitse-prezident Mehriban Əliyevaya ünvanlanıb.

 

Medicina.az həmin müraciəti və siyahını təqdim edir:

 

 

Azərbaycan Respublikasının I Vitse-prezidenti, 

Heydər Əliyev Fondunun rəhbəri 

Mehriban xanım Əliyevaya 

Bakupost xəbər verir ki, bir qrup tanınmış şəxslər Mehriban Əliyevaya müraciət ünvanlayıb.

 

Möhtərəm Mehriban xanım!


Rzazadə Vüsal Məhəmməd oğlu 1977-ci ildə şair-ziyalı ailəsində anadan olub. Gənc yaşından Jurnalistlər Birliyinin üzvüdür. Uzun illərdən bəri mətbuat sahəsində çalışıb, bədii yaradıcılıqla məşğuldur. Jurnalistika fəaliyyəti ilə yanaşı ictimai-siyasi fəaliyyəti ilə də dövlətçiliyə xidmət etmiş şəxsdir. Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın qardaşıdır. Anası şairə Tamaşa Xəyali uzun sürən ağır xəstəlikdən vaxtsız vəfat etmiş, atası ağır ürək əməliyyatı keçirmişdir. Özü qəfil xroniki böyrək çatışmazlığı xəstəliyi ilə üzləşmişdir. İki azyaşlı qız atasıdır. Ailənin maddi imkanı bu xəstəliyin müalicəsi, orqan köçürülməsinə yetərli deyil. 


Hörmətli Mehriban xanım! 


Sizin imkansız ailələrə, ağır xəstəliklə sınağa çəkilən şəxslərə qayğıkeş ana, mərhəmətli və fədakar Azərbaycan qadını kimi köməklik göstərdiyinizi bütün xalqımız bilir. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan Fondunun rəhbəri kimi indiyə qədər minlərlə ailəyə ümid, sevinc, sağlamlıq və həyat bəxş etmisiniz. Vüsal Rzazadənin hazırkı vəziyyətini nəzərə alıb onun müalicəsi üçün köməklik etməyinizi Sizdən xahiş edirik. İnanırıq ki, Vüsal Rzazadə Tanrının qisməti, Sizin mərhəmətiniz sayəsində bundan sonrakı ömrünü sağlam yaşayacaq, öz balalarının xoşbəxt gələcəyini ata sevinci ilə qarşılayacaq. 


Sizə sonsuz hörmət və ehtiramla: 


Millət vəkili Qənirə Paşayeva 

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 

Əməkdar jurnalist, şair Qulu Ağsəs 

Jurnalist Ceyhun Musaoğlu 

Jurnalist Vüsalə Eyyubqızı 

Jurnalist, yazıçı Cavid Zeynallı 

"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal 

Yazıçı Kəramət Böyükçöl 

Jurnalist Ilqar Atabəyli 

Mozalan.az saytının rəhbəri Mövsüm Əşrəfoğlu 

"Bakıpost” saytının baş redaktoru Elçin Zahidoğlu 

Jurnalist Elnur Eltürk 

Jurnalit Araşdırma Mərkəzinin sədri Seymur Verdizadə 

Yeni çağ Media Qrupun rəhbəri Aqil Ələsgər 

Yeni Nəsil Yazarlar və Sənətçilər Qrumunun sədri Aydınxan Əbilov 

Şair, "Artkaspi” saytının baş redaktoru Fərid Hüseyn 

Şair Emin Piri 

Bəstəkar Gövhər Həsənzadə 

"Miq.az” saytının baş redaktoru Aqil Alışov 

Jurnalist Ceyhun Alışov 

Şair İbrahim İlyaslı

Yazıçı Əyyub Qiyas 

AYB Qubatlı Regional Bölməsinin sədri Namiq Məna 

"Müstəqil.az " saytının baş redaktoru, şair Faiq Balabəyli 

Şair Afaq Şıxlı 

Jurnalist Aydın Canıyev 

Şair Sabir Yusifoğlu 

Yazıçı Zemfira Məhərrəmli 

Tənqidçi Əsəd Cahangir 

Azərkitab Kitab Mərkəzinin təsisçisi Mirisrafil Həsənov 

Azərkitab Kitab Mərkəzinin direktoru Misirxan Həsənov 

"Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz 

İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi)–sədri Mehmet Nuri Parmaksız+ 

"Modern.az” saytının baş redakoru Elşad Eyvzalı

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev 

Milli QHT Forumunun İdarə Heyətinin üzvü Əkbər Qoşalı 

Şair, "Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə 

Yazıçı Kənan Hacı

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Sabuhi Mübariz

Yazıçı-jurnalist Azər Qismət 

Jurnalist Mahir Məmmədli 

Jurnalist Çingiz Özgür 

Yazıçı Günel Eyvazlı 

Jurnalist Rövşən Vəliyev 

Jurnalist Əziz Əlibəyli 

Qlobal Sağlamlıq Turizmi Şurasının prezidenti Ruslan Quliyev 

Əməkdar jurnalist Qulu Məhərrəmli 

Şair İntiqam Yaşar 

Bəstəkar, şair Şahin Musaoğlu 

Jurnalist Vüsal Qarayev

Şair Sadiq Əliyar

Yazıçı Elçin Hüseynbəyli

Şair Əlizadə Nuri

Şair Anar Amin 

Hüquq Elmləri Doktoru Hikmət Cavadov

"Qaynar.info” saytının baş redaktoru, şair Zahir Əzəmət 

Yazıçı Varis Yolçuyev 

Jurnalist Anar Yusifoğlu

Şair Həyat Şəmi 

Şair İlqar Türkoğlu

Şair Zəka Vilayətoğlu 

Yazıçı Reyhan Yusifqızı

Professor, Texnika və Filologiya Elmləri Doktoru Elçin İsgəndərzadə 

İbrahim Yıldırım 

Qafqaz Televiziya Kanalının rəhbəri Eltən Törəçi

Hüquqşünas Səidə Əkmən 

"Birlik” jurnalının baş redaktoru İlqar İlkin

Güney Azərbaycan şairi Məhəmməd Çalğın 

Yazıçı Gülxani Pənah 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova 

Hüquqşünas İlham İbadov 

Aktyor Rza Rzayev

Yazıçı Seyran Səxavət 

Bəstəkar, şair Aysel Kərim

Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov

Yazıçı Elçin Arifoğlu 

"Odlar yurdu” İctimai Birliyinin sədri Nigar Ələsgərli

Sabir Fondunun direktoru Sevda Tahirli 

"Aznews” saytının baş redaktoru Taleh Şahsuvarlı 

Şair, əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə 

Yazıçı Vüsal Nuru 

Şair Dayandur Sevgin

Jurnalist Qardaşxan Əzizxanlı 

Jurnalist Nadir İsmayılov 

Jurnalist Hüseyn Mahmudoğlu 
Gənc şair-jurnalistin 2 böyrəyi eyni vaxtda sıradan çıxdı -  Ziyalılardan birinci xanıma MÜRACİƏT