Gicitkan çayının 5 faydası – Bitki çaylarının ÇEMPİONU

  • 29 Oktyabr, 2019
  • 7527 Baxış
Gicitkan çayının 5 faydası – Bitki çaylarının ÇEMPİONU
Gicitkan xalq təbabətində öndə gedən bitkilərdən biridir.
Onun çayı bir çox sağlamlıq problemlərində əvəzsizdir, amma faydalı olduğu qədər də zərərli ola bilər.

Medicina.az xəbər verir ki, allergiya, böyrək problemi, sidik yolları infeksiyaları xəstələri üçün bu çay dərmandır.   
   
Gicitkan A, C, K, vitamini, kalium, dəmir, maqniylə  zəngindir. 

  • Çayında yüksək dərəcədə beta-karotin olduğu üçün gözlərin sağlamlığını artırır.
  • Antioksidant təsiri ilə xərçəng və iltihab əleyhinə effektivdir.
  • Gicitkan yarpaqları sidikqovucudur, orqanizmdən ağır metal, zərərli toksinləri çıxarır.
  • Qanı təmizləyir, böyrəkləri aktivləşdirir. 

  • Eləcə də bu çay antiallergendir. Sanki antihistamin dərman kimi təsir edərək, allergik reaksiyaları söndürür. Toz və çiçək allergiyası, rinitlərdə qaşınma və asqırmanı azaldır. 
  • Haymoriti, astması, bronxiti, frontiti olanlar həftədə 2-3 dəfə işə bilər. 
  • Öskürək, bronxların bəlğəmində yumşaldıcıdır. 
  • Eləcə də kosmetik effektləri var: saç tökülməsi, baş dərisi problemləri, dəri cavanlaşması üçün təsirlidir.
 
 
Kimlərə olmaz.

Gicitkanın tərkibi bir qədər mürəkkəb olduğu üçün bəzi xəstələrə yan təsir edir: diabet xəstələri, tromboxit çökmə problemi, qanı çox laxtalanan insanlar ehtiyatlı olmalıdır

Necə hazırlanır:

Gicitkanın hazır bitki çayları satılır. Eləcə də keyfiyyətli quru yarpaqlarından 2 xörək qaşığı 300 ml qaynar suya əlavə edib, termosda 1 saat dəmləyin. Sonra elə isti-isti gündə 2-3 dəfə için. Acı olsa bal qata bilərsiz.