İnstargramda satılan dərmanlara görə məsuliyyət daşımırıq - Səhiyyə Nazirliyi

  • 2019.11.09 16:49
  • 3036 Baxış
İnstargramda satılan dərmanlara görə məsuliyyət daşımırıq -  Səhiyyə Nazirliyi

Bəzi sosial şəbəkələrdə və saytlarda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi adından istifadə edərək dərman preparatları reklam olunub. 


Medicina.az xəbər verir ki, bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, Bu reklamların Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur və nazirlik sözü gedən reklamın yayılmasına görə məsuliyyət daşımır. 


Qeyd edilib ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib.