İntim nahiyədə ağrı vərəmin əlaməti ola bilər – DİQQƏT

  • 09 Oktyabr, 2019
  • 5034 Baxış
İntim nahiyədə ağrı vərəmin əlaməti ola bilər – DİQQƏT

Nadir halda olsa da, ağciyərlərdə olan infeksiya kişi və qadınlarda cinsi orqanlara kimi təsir edə bilər.

Bu tibbi kliniki hadisə barədə Britaniyanın Park Hospitalının uroloqları məlumat verib.

Medicina.az xəbər verir ki, 38 yaşlı kişi xayalarda baş verən güclü ağrılarla həkimə gəlir. Həkimlər antibiotic təyin etsələr də, fayda vermir.

Müayinələr göstərib ki, xaya toxumalarında 5 sm ölçüdə şiş var və həkimlər xərçəngdən şübhələnir.

Kompüter tomoqrafiyası isə döş qəfəsi və çanaqda limfa düyünlərinin böyüdüyünü, xayada maye toplandığını göstərdi.

Kişi 2017-ci ildə Sudanda afrikalı qohumlarını ziyarət edərkən, onlarda vərəm olduğunu xatırlayır. Məhz ordan qayıtdıqdan sonra qızdırma, titrəmə, arıqlama və halsızlıqdan əziyyət çəkib.

Həkimlər vərəm sınağı qoyur və diaqnoz təsdiqlənir. Kişidə vərəm xayaların teksturasında idi. Yarım il vərəm əleyhinə müalicə aldıqdan sonra o sağalır. 
Həkimlər bildirir ki, çox zaman bu simptomlarla xəstədə xayaların xərçəngi səhv salınır və əməliyyat olunub kimyaterapiya edilir. Bu isə xəstəni daha da ağırlaşdırır.