İsraildə insulin iynəsini əvəz edəcək kapsul yaradıldı

  • 13 Noy 2019 17:14
  • 1609 Baxış
İsraildə insulin iynəsini əvəz edəcək kapsul yaradıldı
Oral formada qəbul olunacaq insulin inyeksiyanı əvəz edəcək.


Medicina.az xəbər verir ki. İsrailin Oramed Pharma şirkəti insulin kapsulları üzərində təcrübənin uğurla başa çatması barədə xəbər verib. 

Beləliklə, ORMD 0801 adlı preparat dünyada ilk oral insulin olacaq və diabet xəstələrinə veriləcək. 


259 diabet xəstəsi üzərində sınandıqdan sonra məlum olub ki, dərman qanda qlükozanı yaxşı salır. 


Yeni dərmanın əks təsirləri də azdır. Ən maraqlısı odur ki, bu dərmanı qəbul edən pasiyentlərdə çəki artımı da olmayıb.