Kişi hamiləlik testi etdi, prostat xərşəngi olduğu üzə çıxdı - Testlərin qəribə özəlliyi

  • 2019.11.02 18:51
  • 12480 Baxış
Kişi hamiləlik testi etdi, prostat xərşəngi olduğu üzə çıxdı  - Testlərin qəribə özəlliyi
Qadınların hamiləliyi evdə tez təyin etmələri üçün aptekdən aldıqları kiçik testlər(sidiyi damcıladıb təyin edilən) kişilərin də bəzən zarafatla və marağa istifadə etdikləri əyləncəyə çevrilib.


Medicina.az xəbər verir ki, Amerikada kişi blogerlərdən biri rəfiqəsinin evdə unutduğu testi istifadə edib və orda 2 xətt çıxdığını görüb. "Hamilə olduğunu” öyrənən kişi bunu çəkib instagramda da paylaşıb və minlərlə gülməli rəy gəlib. 


Bir neçə həkim isə bu şəklə ciddi yanaşaraq, gənc oğlana prostat və xaya müayinəsindən keçməyi tövsiyyə edir. 

Belə ki, XÇQ  hormonunu təyin edən bu analiz təkcə hamiləliyi yox, yumurtalıq, prostat xərçəngini də təyin edə bilər. 


Belə ki, bu hormon həm qadınlar, həm kişilərdə yumurtalıq və prostat xərçəngindən də yüksək çıxa bilir. 


Gənc kişi müayinələrdən keçir və həqiqətən onun xaya toxumalarında xərçəngin erkən mərhələsi aşkar olunur. Beləliklə, o vaxtında kiçik bir əməliyyatla müalicə olunur. Digər postunda o, kişilərə arada bir hamiləlik testlərini özləri üçün etmələrini məsləhət görüb.

 


Kişi hamiləlik testi etdi, prostat xərşəngi olduğu üzə çıxdı  - Testlərin qəribə özəlliyi