Kişilər doğuşa nəzarət edə biləcək – Xüsusi gel hazırlanıb

  • 2019.11.13 16:20
  • 3302 Baxış
Kişilər doğuşa nəzarət edə biləcək –  Xüsusi gel hazırlanıb
Kişilər üçün yeni doğuşa nəzarət metodu hazırlanıb. 2 ildən sonra istehsalı hədəflənən bu dərmanla illərdir metodikası öyrənilən kişilərin doğuşa nəzarəti nəhayət ki, tətbiq ediləcək. Hamiləliyin qarşısını almaq üçün dünyada 10 milyard dollarlıq satışı olan qadınlar üçün doğuşa nəzarət həblərinə və 3.5 milyard dollarlıq prezervativ satışına yeni biri də əlavə edilir. 


Medicina.az xəbər verir ki, Hindistanda kişilər üzərində illərdir araşdırılan doğuşa nəzarət geli indi istehsal üçün icazə mərhələsindədir. İnkişaf etməmiş ölkələrdəki prezervativ və qoruyucu həblərin xərclərini nəzərə alan istehlakçılar yeni geli 10 dollara satmağı planlayır. Yeni üsul həm də kişilərdə uzunmüddətli doğuş nəzarətini təmin edəcək. 


Gel necə təsir edir? 76 yaşlı biomedilal mühəndisi Sujoy Guha tərəfindən hazırlanan bu üsulla, əridilmiş şokolad qatılığında gel sperma daşıyan damarlara vurulur və sperma nəzarətini təmin edir. Müsbət yüklənmiş gel mənfi yüklənmiş sperma üzərində bir tampon rolunu oynayır. Spermanın baş və quyruğunun iş prinsipini pozaraq dölləmə qabiliyyətini məhv edir.

 

İllərlə təsirli olan bu gel, şəxsin istədiyi təqdirdə ikinci bir iynə ilə təsirsiz hala gəlir və sperma yenidən normal şəkildə kişinin cinsiyyət orqanına çatır.