Masallıda müalicəvi istirahət şansı–Bioloji Təbabət Masallı Klinikası

  • 01 İyul, 2019
  • 7146 Baxış
Masallıda müalicəvi istirahət şansı–Bioloji Təbabət Masallı Klinikası
Bioloji  Təbabət Klinikasının Masallı filialı Azərbaycanın cənub turistik bölgəsində sizlərə kurort-sanatoriya müalicəvi istirahət xidmətini təqdim edir.   

Şəfaverici Naftalan vannaları, Naxçıvan duz dağı mineralları, alman biotənzimləyici terapiyası və füsunkar, səfalı təbiətin möhtəşəm vəhdəti bu mövsümdə Masallıda həm mükəmməl müalicənizi, həm də xoş istirahətinizi təmin edəcək!

 Sanator-kurort tipli klinikamız - 2018 –ci lin dekabr ayından fəaliyyətə başlayıb. Təqdim etdiyimiz müalicəvi istirahət paketləri palata və ya oteldə yaşayış seçimlərini özündə əks etdirir.

Bizim üstünlüklərimiz:

Bakıdan cəmi 2 saatlıq məsafədə, Azərbaycanın turizm üçün əlverişli Cənub bölgəsində yerləşməsi
Klinikanın meşə ilə əhatə olunması
Almaniyada ixtisaslaşmış həkim heyəti
Palataya 24 saat tibbi personalın nəzarəti
Cərrahiyyə bloku
Xroniki, çətin sağalan və  ya sağalması mümkünsüz hesab edilən xəstəliklərin müalicəsində  effektiv və təhlükəsiz - Biotənzimləyi terapiya üsulları ilə müalicə

Speleoterapiya - duz otağında Naxçıvan duz mağarasından gətirilmiş minerallarla müalicə
Naftalan terapiyası
Dietologiya və nutrisiologiya – xəstəliyə uyğun müalicəvi, həmçinin, balanslı qidalanma
Hər bir pasientin fərdi xüsusiyyətləri nəzərə alınaraq həkim yanaşması

Osteopatiya  - ağrısız və dərmansız müalicə üsulu
Qanın qaranlıq sahədə mikroskopik müayinəsi - yalnız bioloji təbabətdə olan diaqnostika üsuludur, xəstəliyi erkən mərhələdə aşkarlamağa, zəmanəmizin ağır xəstəliklərinin inkişafının qarşısını almağa imkan verir
Akupunktura - bədəndəki bioloji aktiv nöqtələrə iynə batırılaraq müalicəvi effekt alınan müalicə üsuludur.
Homeosiniatriya - az miqdarda biotənzimləyici preparatların akupunktur nöqtələrə dəridaxili və dərialtı yeridilməsi
Otel və ya palatada yaşayış ilə  təminat

Həmçinin, Bioloji Təbabət Klikasının Masallı filialında bir çox xəstəliklərin diaqnozunun aşkar edilməsində əhəmiyyətli və müasir diaqnostikada ən informativ üsullardan hesab olunan Maqnit rezonans və Kompyuter tomoqrafiyaları, 4D rejimli Ultrasəs müayinə aparatı, rentgen, qaranlıqsahəli mikroskopiya və s. pasientlərin xidmətinə verilib. Klinikada Cərrahiyyə şöbəsi, Allerqologiya, Andrologiya, Endokrinologiya, Ginekologiya, Kardiologiya, Nevrologiya, Oftalmologiya, Pediatriya, Qastroenterologiya, Stomatologiya, Urologiya və Fizioterapiya şöbələri fəaliyyət göstərir. Əsas terapiya ilə yanaşı gedən Ozonoterapiya, Hirudoterapiya, Plazmоferez, 18 ton Naxçıvan duzundan hazırlanmış "Duz mağarası” və Naftalan terapiyası, Hidrokolonoterapiya müalicələrin daha effektli olmasına xidmət edəcək. Bioloji terapiyanın mühüm hissəsi olan dietoterapiya orqanizmin daxili mühitini bərpa edərək, uğurlu müalicə üçün zəmin yaradacaq.

Laboratoriyada Amerika istehsalı olan, avtomatlaşdırılmış, yüksək həssaslığa malik son model immunoloji analizator xüsusilə, hepatit xəstəliyinin göstəricilərini dəqiqliklə təyin edir. Biokimyəvi analizator – təcili müayinələr və yüksək dərəcədə dəqiq nəticələr verməklə 1 saat ərzində 1200 analiz hazırlamaq imkanına malikdir.

Bununla yanaşı, hər həftə Bakı Bioloji Təbabət Klinikasının həkimləri Masallı filialında pasiyent qəbulu həyata keçirir.

             Biotənzimləyici terapiya və Klinikalar şəbəkəmiz haqqında məlumat:

Bioloji təbabət inkişaf etmiş ölkələrdə (Almaniya, İsveçrə, İtaliya..) üstünlük verilən təbabətdir. 
Bioloji Təbabət klinikasında bioloji təbabətin ən yeni və effektiv üsullarından istifadə olunur. Klinika 2009-cu il fevral ayından Bakıda fəaliyyət göstərməsinə baxmayaraq, kadr hazırlığına 2001-ci ildən başlanmışdır. Hazırda Bioloji Təbabət klinikasında müxtəlif ixtisaslı həkimlər çalışır. Almaniya və digər ölkələrdə ixtisaslaşmış Bioloji Təbabət klinikasının həkimləri mükəmməl akademik bilikləri ilə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə daha böyük uğurlara imza atmışlar.

Bioloji Təbabət klinikasında  Almaniya, İsveçrə, Kolumbiya, Belçika, İtaliyadan dəvət olunmuş bioloji təbabət üzrə dünya şöhrətli mütəxəssislər tərəfindən müasir dövrün ağır xəstəliklərinin bioloji təbabətlə yeni müalicə üsullarına dair treninqlər, seminarlar və eyni zamanda, xəstə qəbulu həyata keçirilir.
Bu gün Azərbaycanın rayonlarında Bioloji Təbabət klinikasının filialları fəaliyyət göstərir. Belə ki, Göyçay şəhərində 2012-ci, Sumqayıtda 2013-cü, Masallıda 2018-ci ildən fəaliyyət göstərən filiallar regionlarda yaşayan əhaliyə bioloji təbabətlə müalicə almaq imkanı yaradır.

BİOLOJİ TƏBABƏTDƏ BİR ÇOX XƏSTƏLİKLƏR: 

- fəqərəarası disk yırtığı 
- artroz 
- skolioz 
- trofiki və diabetik xoralar 
- başlanmış qanqrena 
- ürəyin işemik xəstəliyi (ürək damarlarının aterosklerozu) artıq əməliyyatsız uğurla müalicə olunur.
 
Əlaqə:
(025) 215 50 89  
(055) 532 89 88
(012) 430 89 89