Məktəb yeməkxanasında zəhərlənmə - 21 nəfər xəstəxanalıq oldu

  • 2019.09.16 12:08
  • 3744 Baxış
Məktəb yeməkxanasında zəhərlənmə -  21 nəfər xəstəxanalıq oldu
Ukraynada kütləvi zəhərlənmə olub.



Medicina.az xarici KİV-ə istinadən məlumat verir ki, hadisə Vinits vilayətində baş verib. Belə ki, vilayət məktəblərinin birinin yeməkxanasında 20-dən çox şagird nahardan sonra xəstəxanaya müraciət edib.


Hazırda 16-si uşaq olmaqla 21 nəfərin xəstəxanada müalicəsi davam edir. Xəstəxanaya müraciət edənlərə qastroenterokolit diaqnozu qoyulub.



Məktəb yeməkxanasında zəhərlənmə faktından sonra yoxlamalar başlayıb, təhlillər aparılır.