Məşhur həkim-aparıcı xəstəxanalıq oldu – Beyinə qansızma təhlükəsi

  • 2019.10.24 15:35
  • 4760 Baxış
Məşhur həkim-aparıcı xəstəxanalıq oldu –  Beyinə qansızma təhlükəsi
Rusiyanın tanınmış tibbi proqramının aparıcısı, həkim Yelena Malışeva xəstəxanaya yerləşdirilib. 


Medicina.az xəbər verir ki, aparıcıda hipertonik kriz – təzyiq yüksəlməsi baş verib. O, təcili yardım çağırtdırıb.


"İlk dəfədir ki, təzyiqim bu həddə qalxdı” deyə aparıcı beyninə qan sızmasından qorxub. Aparıcı instagramm səhifəsində təzyiqinin 200/130 olduğunu açıqlayıb. 


"Ona görə evdə müdaxilə etmək təhlükəli idi. Bu halda yalnız professional yanaşma tələb olunurdu. Aparıcı Botkin xəstəxanasına aparılıb. 


Malışeva kriz zamanı xəstənin nə keçirməsi, nələr hiss etməsi barədə təəsüratlatını bölüşüb. Aparıcı təcili yardımdan video da paylaşıb.

 


Məşhur həkim-aparıcı xəstəxanalıq oldu –  Beyinə qansızma təhlükəsi