Nə qədər az yatırsansa, bir o qədər əqlin zəifləyəcək – Qocalıq demensiyasının səbəbi

  • 2019.10.11 20:11
  • 5321 Baxış
Nə qədər az yatırsansa, bir o qədər əqlin zəifləyəcək –  Qocalıq demensiyasının səbəbi

Son illər geniş yayılan və indiki nəslin yaşlandıqca daha çox rastlaşağı bildirilən  demensiya və Alsgeymer xəstəliyinin bir səbəbi də yuxusuzluq, normal yuxu rejiminin olmamasıdır.


Medicina.az xəbər verir ki, Amerika alimləri siçanlar üzərində apardıqları təcrübədə sübut ediblər ki, beyində beta amiloidlərdən tıxanmalar yarananda gecələr yatan siçanlarda yuxu müddəti azalıb.


Başqa qrup siçanlara isə beta amiloidlərə qarşı peyvənd olunub, bu siçanlarda beta amiloidlər toplansa da yuxuları pozulmayıb. 

Alimlər təcrübəni insanlar üzərində keçirib, aydınlaşdırmaq istəyirlər ki, yuxunun pozulması yaddaş zəifliyi və Alsgeymerin gəlişi ilə bağlıdırmı.


Xatırladaq ki, yaşlandıqca yaranan Alsgeymer xəstəliyi əqli zəiflikdir. 65 yaşından sonra yaşlılarda daha çox olur. İnsan getdikcə yaddaşını itirir və özünü idarə edə bilməyəcək həddə gəlir.