Nəyə görə yuxuda danışırıq? – Bu xəstəliyin yaxınlaşdığını göstərir

  • 2019.08.05 17:01
  • 8669 Baxış
Nəyə görə yuxuda danışırıq? –  Bu xəstəliyin yaxınlaşdığını göstərir
Bir çox insanlar ömür boyu yuxuda danışır, qışqırır, bəziləri isə müəyyən yaşdan sonra yuxuda danışmağa başlayır. Alimlər çoxsaylı tədqiqatlarla yuxuda danışmağın xüsusi məna daşıyıb –daşımadığını araşdırıb.


Medicina.az xəbər verir ki, Beynəlxalq təsnifata görə, yuxu pozulması, yuxuda danışma insanın hazırkı psixi durumu və keçirdiyi stress və pis xatirələri əks etdirmir.


Yəni əgər insan ağır gün keçiribsə, işdə, şəxsi həyatında konflikt yaşayıbsa, bu barədə yuxuda danışılmır.


Alimlər yuxuda danışmağın bir pozuntu olmasını bilmək üçün insanın yaşına diqqət yetirməyi məsləhət görür. Əgər insan uşaqlıqdan elə həyatı boyu yuxuda danışan olubsa, buna görə narahat olmağa dəyməz. Adətən uşaq və yeniyetmələrin 50%-i yuxuda çərənləyir. 


Eləcə də 20-30 yaş arası, insan artıq partnyoru ilə yatmağa başlayanda yuxuda sayıqlamalar başlayır.


Amma əgər 50 yaş və yuxarı insan qəflətən yuxuda danışmağa başladısa, deməli, bu insanda beyin və psixika ilə bağlı qocalıq xəstəlikləri başlaya bilər: Parkinson, Alsgeymer və ya demensiyanın bir əlaməti də yaşlaşdıqca yuxuda çox danışmaq, sayıqlamaqdır