“Onkoloji diaqnoz qoyuldu, sonra da hepatit tapdılar”- Xalq artistindən AÇIQLAMA

  • 2019.10.11 15:08
  • 5867 Baxış
“Onkoloji diaqnoz qoyuldu, sonra da hepatit tapdılar”-  Xalq artistindən AÇIQLAMA

Xalq artisti Zabit Nəbizadə son zamanlar səhhətində yaranan problemlərdən danışıb. 


Medicina.az xəbər verir ki,  o, ilk dəfə ATV ŞOU verilişində  əziyyət çəkdiyi xəstəlikləri açıqlayaraq kövrəlib. 


" 6 ay yataq xəstəsi oldum. Ayağa dura bilmirdim. Ayağımdan 4 ay irin gəldi. Onkoloji diaqnoz qoyuldu. Kimyaterapiya qəbul etdim, saçlarım töküldü. İkinci qrup əlil olmuşam. Ölümdən qorxmurdum. Sonuncu əməliyyata getmək istəmirdim.

 

Deyirdim nə olursa olsun. 2 ildən sonra bildim ki, onurğamda yırtıqda var. Sonra Hepatit C xəstəsi olduğumu öyrəndim. İranda müalicə olundum”.