Oruc tutandan sonra çəkimiz niyə azalmır? – Ac qalanda kökəlmənin sirri

  • 10 İyun, 2019
  • 17747 Baxış
Oruc tutandan sonra çəkimiz niyə azalmır? – Ac qalanda kökəlmənin sirri
Ramazanda oruc tutmaq dini qanun və borcdur. Bunu bilib oruc tutanlar həm də güman edir ki, lap yaxşı həm də arıqlayaram, artıq piyim, çəkim gedər. 
Orucluq bitdikdən sonra isə çəkisində heç 100 qram da azalma görməyib, əksinə sanki şişib kökəldiyinizin şahidi olub, buna təəccüblənirsizsə, məsələnin sirrini çözmüşük. 

Medicina.az xəbər verir ki, 1 ay oruc tutduqda, xüsusən yayda uzun saatlar ac qalan orqanizm aclığı fövqəladə vəziyyət kimi qəbul edərək, təlaşa düşür. Beyin siqnal verir ki, bu insan acdır, deməli yemək yoxdur. 1 həftədən sonra depolama prosesi başlayır. Beyin və orqanizm xüsusi rejimdə işləyərək, qəbul edilən qidanın bir hissəsini piyə, yağa çevirib depolarda yığır. Bu onun üçün baş verir ki, insan sabah ac qalanda bu ehtiyatdan enerji alsın. Beləliklə, orucluq orqanizm üçün gözlənilməz aclıq dövrü kimi qəbul olunur və o, insanın yemək tapmadığını düşünür. 

Ona görə çəki azalmır, əksinə bel, qarın, budlarda əksinə piy ehtiyatı toplanır. Acqalma günlərinin sayı artdıqca orqanizm bir o qədər təlaşa düşür.
Ramazandan sonra kökəldiyini görən insan daha bir səhv buraxaraq, dietaya keçir, az yeyir. Bu isə yenidən orqanizmə o siqnalı verir ki, bu adam hələ də yemək tapmır, deməli, dünyada aclıqdır, piy yığ. 

Dietoloqlar ən düzgün yolun orucluqdan və ya uzunmüddətli acqalmadan sonra əksinə tez-tez, az-az qida qəbulunu tövsiyyə edir. İnsan gün ərzində 4-5 dəfə nəəs yesə orqanizm və beyin anlayır ki, aclıq yoxdur, bu insanın yeməyi boldur, aclıqdan ölmə təhlükəsi də yoxdur. Ona görə daha piy depolamayacaq. Yığılmış piyləri isə bol su, hərəkət, qaçış, masaj və idmanla qısa müddətdə əridin.