Övladını xəstəxanaya gətirən ata özünü benzinlə yandırdı - Mingəçevirdə

  • 2019.06.28 07:59
  • 10005 Baxış
Övladını xəstəxanaya gətirən ata özünü benzinlə yandırdı  - Mingəçevirdə
Mingəçevirdə orta yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

 

 

Hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib. 

 

Bildirilirki, qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən ata uşağın durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd edib. O, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə söndürülən şəxs çoxsaylı yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.