Çox çay içən kişilər bu xərçəngə meyillidir – ALİMLƏR

  • 2019.11.05 19:26
  • 17595 Baxış
Çox çay içən kişilər bu xərçəngə meyillidir –  ALİMLƏR
Kişilərdə ən çox diaqnoz olunan xərçəng prostat vəzin şişləridir. Onun yaranma səbəbləri də müxtəlifdir. Qlazqo Universitetinin alimləri 40 il ərzində 6000 kişini 21-yaşından 70 yaşına kimi izləyib. Tədqiqatın məqsədi siqaret, alkoqol, qəhvə və çayın onların sağlamlığına təsirini yoxlamaq idi.


Medicina.az xəbər verir ki, ekspertlər gözlənilməz nəticəyə gəliblər. Məlum olub ki, gündə 5 fincan və daha çox çay içən kişilərin 55 yaşından sonra prostat xərçəngi olma riski 50% artır. Heç çay içməyən və ya günə 1-2 fincanla kifayətlənənlərdə bu faiz 23%-dir.


Bu elmi iş əvvəlki çayın sağlamlığa faydaları, diabet və ürək xəstəliklərindən qoruması barədə elmi işlərin nəticələrinə tamamilə ziddir. Ona görə alimlər çayın prostat xərçənginə həqiqətən təkan verdiyini dəqiqləşdirmək üçün daha geniş kliniki təcrübələrə ehtiyac var.