Özəl klinikada histereskopiya zamanı qadının uşaqlığı yırtıldı, taksi ilə yola salındı - FAKT

  • 2019.08.02 15:32
  • 5790 Baxış
Özəl klinikada histereskopiya zamanı qadının uşaqlığı yırtıldı, taksi ilə yola salındı -  FAKT
Histereskopiya adlı müayinə zamanı qadının uşaqlığı deşilmiş və divarı yırtılıb. 


Medicina.az xəbər verir ki, Moskvada "Sağlamlıq İnstitutu” adlı özəl klinikida qadın süni mayalanma üçün müayinədə histereskopiya aləti ilə uşaqlıq divarı zədələndiyindən, daxili qanaxma başlamışdır. 


Həkimlər təcili yardım çağırmaq əvəzinə, qanaxma ilə xəstəni taksi ilə həkim müşayiəti olmadan dövlət xəstəxanasının təcili yardımına yola salıblar.  Onlar qanaxmanın gec aşkarlamış, proseduru sona kimi aparıblar. 


Qadına dövlət xəstəxanasında cərrahi müdaxilə olunduqdan və xəstə bir müddət sonra özünə gəldikdən sonra məsələni qaldırmış, polis işə qarışmışdır. Hazırda səhlənkarlıq maddəsi ilə prokurorluqda araşdırma başlanılıb. Pasiyentin həkim səhvi üzündən özəl klinikada zərər görməsi azmış kimi həkimlər və klinika protokolların və qanunları tələbi ilə gedərək təcili yardım çağırmaq və ya xəstəni həkim müşayiəti ilə digər tibb müəssisəsinə çatdırmaq əvəzinə, onu taleyin öhdəsinə buraxıblar.