Pasiyentlərin və həkimlərin hüquqları qorunacaq - QANUN HAZIRLANIR

  • 13 İyun, 2019
  • 2007 Baxış
Pasiyentlərin və həkimlərin hüquqları qorunacaq - QANUN HAZIRLANIR


"Pasiyentlərin və həkimlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanır”.
 
 
Medicina.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. 
Ə.Əmiraslanov yeni qanun layihəsinin yaxın günlərdə ictimai müzakirəyə çıxarılacağını nəzərə çatdırıb: "Pasiyentlərin hüquqları haqqında” qanun layihəsində bütün bu məsələlər əksini tapacaq”.
Qeyd edək ki, deputat Rəşad Mahmudov parlamentdə çıxışında həkimlərin zorakılıqdan qorunmasının zəruri olduğunu bildirib.