Polisin ölümündə adı hallanan cərrah İŞDƏN AZAD EDİLDİ

  • 2019.10.09 11:35
  • 7641 Baxış
Polisin ölümündə adı hallanan cərrah  İŞDƏN AZAD EDİLDİ
Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı işdən çıxarılıb.


Medicina.az unikal.org-a istinadən xəbər verir ki, rinoplastika əməliyyatı zamanı pasienti dünyasını dəyişən cərrah İdrak Əhmədov Daxili İşlər Nazirliyi (DİN) hospitalından kənarlaşdırılıb.


Xəbəri Daxili İşlər Nazirliyi (DİN) hospitalından təsdiqləyiblər.


Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) hospitalında tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyi üzrə əməliyyatdan sonra ölmüşdü.