Qadının boğazından diri zəli çıxardılar - VİDEO

  • 09 İyul, 2019
  • 4944 Baxış
Qadının boğazından diri zəli çıxardılar - VİDEO
65 yaşlı qadın boğazında ağrı, qanlı öskürək şikayətləri ilə xəstəxanaya müraciət edir.
 
 
Medicina.az  "Daily Mail”-ə istinadən  xəbər verir ki, qadın iddi edib ki, boğazında nəsə hərəkət edir. 
 
Quyçjou əyalət xəstəxanasında həkimlər bronxoskopiya ilə xəstənin nəfəs borusunda 2 sm ölçüdə diri zəli aşkarlayıblar. Həkimlər paraziti dondurub, ehtiyatla çıxarıblar.
 
Yaranın yeri isə müalicə edilib. Parazitin bədəndən çıxarılması prosesi isə cəmi 6 dəqiqə çəkib. Təsərüfatda işləyən qadın içdiyi suya elə də fikir verməyini bildirib: "Hardan gəldi su içirəm. Ola bilsin içdiyim hansısa suyun içində zəli olub”.
 
 
Həkimlərin sözlərinə görə, qadının boğazına möhkəm yapışmış zəli ondan faydalana bilərdi. Müəyyən müddət keçdikdən sonra traxeyanın damarlarından qan sovuran diri zəlini ordan çıxarmaq mümkün olmayacaqdı. Vaxtında müdaxilə olmasaydı sinuslara hücum edə bilərdi.bu isə faciə ilə nəticələnə bilərdi.