Qadınlarda infarktın əlamətləri – Çoxları səhv salır

  • 18 Sentyabr, 2019
  • 2838 Baxış
Qadınlarda infarktın əlamətləri – Çoxları səhv salır

Bir çox qadınlar onlarda infarktın baş verdiyini bilmir, anlamır, elə düşünür ki, qadınlarda ürək sadəcə ağrıya bilər, infarkt ola bilməz. 
Ona görə də, qadınları vaxtında tibbi yardıma çatdırıb, xilas etmək çətinləşir.

Medicina.az xəbər verir ki, 2000 qadın arasında keçirilən sorğuda məlum olub ki, 15 % qadın səhvən elə bilirlər ki, kişilər daha çox infarktdan ölür və onlar ürəklərini yoxlatmalıdır. Hər 7 qadından biri inanmır ki, onda nə vaxtsa miokard infarktı ola bilər. Hər 4 nəfərdən biri hesab edir ki, qadındakı infarktla kişidəki infarkt fərqlidir.

50% sorğuda iştirak edən isə bu xəstəlik zamanı aşırı tərləmənin olması barədə məlumatlı idi. 
Cəmi 34% qadın başgicəllənmə, koordinasiyanın dəyişməsi, ürəkbulanmanın infarkt əlaməti ola biləcəyini bilib. 

Tibbi praktika göstərir ki, həm kişi, həm qadınlarda infarkt simptomları eynidir, hər iki cinsdə infarkt olur və bunun yaş həddi belə yoxdur. 
Sadəcə, kişilər qədər qadınlar ürəklərini diqqətdə saxlamır və sancı, ağrı olsa belə həkimə getmir.

Qadınlarda infarktın ilkin 5 əlaməti bunlardır:

Ürək nahiyəsində -öndə və arxada ağrı, deşici sancı, öskürək, təngnəfəslik, ürəkbulanma, tərləmə, zəiflik, həyəcan, panik atak.