Qəzaya düşənlərə qoyulan diaqnoz səhv çıxdı

  • 2019.07.29 16:34
  • 3706 Baxış
Qəzaya düşənlərə qoyulan diaqnoz səhv çıxdı
Bakının Zirə qəsəbəsində qatarın taksini vurması nəticəsində xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan ilkin diaqnoz təsdiqini tapmayıb.


Medicina.az xəbər verir ki, Səhiyyə Nazirliyinın məlumatına görə, 22 yaşlı qız və 20 yaşlı oğlanda qapalı kəllə beyin travması aşkarlanmayıb.  Onlar ambulator mülaicəyə evə buraxılıbılar. 


Qeyd edək ki, bu gün günorta saatlarında Bakının Zirə qəsəbəsində qatar taksini vurub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. İlkin məlumatda qəzaya düşən 22 yaşlı qız və 20 yaşlı oğlanda kəllə beyin travmasının aşkar edildiyi bildirilirdi.