Qrip və viruslara qarşı ən təsirli mürəbbə elan edildi– SƏBƏB

  • 25 Sentyabr, 2019
  • 30567 Baxış
Qrip və viruslara qarşı ən təsirli mürəbbə elan edildi– SƏBƏB
Qrip və zökəm, qızdırma zamanı insanlar xalq təbabəti metodlarına da üz tutub, daha çox mürəbbə və çaylardan istifadə edir. Bizdə elə hesab edilir ki, soyuqdəymənin dərmanı zoğal mürəbbəsidir. Amma araşdırmalar məhz qrip viruslarına  qarşı ən effektiv mürəbbənin və ya meyvənin moruq olduğunu təyin edib.

Medicina.az xəbər verir ki, həkimlər bunun sirrini moruğun kimyəvi tərkibinin C, A, E, B, PP vitaminləri, salisil turşusu, pektinlə zəngin olması ilə izah edir.
Moruğun tərkibində olan təsiredici maddə bütün qrip dərmanlarının tərkibində var. Moruq tərləməni sürətləndirir və hərarəti salır. 

Yığıcı, büzücü maddələr isə mikrob əleyhinə təsir edir. 

C vitamini immuniteti gücləndirir, xəstə qısa müddətdə gücünü bərpa edir.

Moruq mürəbbəsi hamilə və süd verənlər üçün də vacibdir, çünki dəmirlə zəngindir

Moruğun həm qurudulmuşu, həm gülü, yarpaqları, həm mürəbbəsi eyni dərəcədə effektivdir.