Ramazanda qaraciyərinizə bu içki ilə kömək edin – RESEPT

  • 2019.05.06 20:41
  • 62938 Baxış
Ramazanda qaraciyərinizə bu içki ilə kömək edin –  RESEPT
Əgər sizdə zəiflik, halsızlıq, ürəkbulanma, sağ qabırğaaltında ağrı, dəridə səpki, ləkələr, həzmdə problem varsa, deməli, qaraciyəriniz yüklənib. 

Oruc tutduqda qaraciyər istirahət edir. Bu dövrdə siz onu təmizləyəcək, ona kömək edəcək sadə bir içki hazırlaya bilərsiz.


Bu içki həm də Ramazan süfrənizdə olar.


Medicina.az resepti təqdim edir:


Yarım dəstə nanə

1 limon

1 portağal

1 litr su

3 xörəl qaşığı bal


 Yuyulmuş nanələri suda 10 dəqiqə bişir. Sonra soyut. Bura 1 portağal, bir limonun suyunu sıx, qarışdır, bal qat. Sonra süzüb, şüşə qabda saxla. Gündə 1-2 stəkan içmək yetərlidir ki, həm susuzluq yatsın, həm qaraciyər təmizlənsin.