Reyhan toxumunun 7 möcüzəvi təsiri – SİYAHI

  • 2019.08.06 17:37
  • 31155 Baxış
Reyhan toxumunun 7 möcüzəvi təsiri –  SİYAHI
İnsan qidalanmasında ən az yer tutan qidalardan biri də toxumlardır. Halbuki toxumlar insan üçün elə təbii dərman rolunu oynaya bilər.


Medicina.az kulinariyada çox istifadə olunan, şərbət hazırlanan reyhan toxumlarının sağlamlığa super möcüzəvi təsirini təqdim edir. 


1.Arıqladır


Reyhan toxumunda olan maddələr uzun müddət insanı tox saxlayır, yemək istəmir. Belə ki, isladılmış rehyan toxumunun çayı və qatığa qatıb yeməklə, mədə tam doyur


2. Dərini sağlam, təmiz edir


Rehyan toxumu tərkibindəki flavonoidlərə görə ən ağır dəri xəstəlikləri olan ekzema, psoriaz, dəmrovu belə müalicəsində effektlidir. Rehyan toxumunu üyüdüb, zeytun yağına qatıb dərinin problemli nahiyəsinə çəkmək lazımdır.


3. Mədə turşuluğu


Bu toxumlar mədəni sakitləşdirir, turşuluğu qaydaya salır, yanma, göynəmə, qıcqırma hissini aradan qaldırır. Mədə üçün 1 çay qaşığı toxumu 1 stəkan ilıq süddə qarışdırıb içirsiz.


4.Qanda şəkəri salır


Toxumları gecədən isladıb, şişəndən sonra 1 stəkan südlə qəbul etmək, II tip diabet xəstələri üçün xilas mənbəyidir. 


5.Bağırsaqları təmizləyir


Reyhan toxumu yüngül qarınişlədici təsir edib, toksinləri orqanizmdən çıxarır. 


6.Görməni itiləşdirir


Reyhan A vitamini ilə zəngindir, göz problemlərində qəbul edilsə sarı ləkə və kataraktanın əmələ gəlməsinin qarşısını alar.


7. Ürəyi qüvvətləndirir


Ürək ritm pozğunluğu, sıxılması və qan dövranı problemi olanlar kaliy, maqniy, kalsiumla zəngin reyhan toxumları çayı və ya şərbətini içə bilər.