Saakaşvili tibbi komissiyadan keçdi - Əsgər gedir

  • 2019.06.14 16:22
  • 4663 Baxış
Saakaşvili tibbi komissiyadan keçdi -  Əsgər gedir
Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili hərbi xidmətə yollanmaq üçün Kiyevdəki Svyatoşinski hərbi komissarlığına gedib.


Medicina.az  xəbər verir ki, o, tibbi komissiyanın müayinəsindən də  keçib. 


"Tibbi komissiyada yoxlanıldım və  Svyatoşinski hərbi komissarlığında qeydiyyata yazıldım. Səhhətim əladır, hərbi xidmətə çox uyğundur. Belə ki, əlimdə silahla Ukraynanı qorumağa hazıram”, - deyə Saakaşvili yazıb.


Ukrayna Prezidenti Vladimir Zelenski bu il mayın 28-də Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb. O isə növbəti gün Ukraynaya qayıdıb.

 

Saakaşvili tibbi komissiyadan keçdi -  Əsgər gedir