"Səbəbi bilinməyən allergiya keçirdim, yıxılıb huşumu itirdim" - Əməkdar artist xəstəliyinin səbəbini axtarır

  • 22 Oktyabr, 2019
  • 5287 Baxış

Əməkdar artist Babək Niftəliyev ölümlə üz-üzə qalıb.

Medicina.az xəbər verir ki, xanəndə bu barədə "Şou ATV”də danışıb:

"Məndə böyük allergiya oldu. Gördüm ki, başım fırlanır. Əl-üzümü yumaq üçün hamama keçdim, o dəmdə yerə yıxıldım. Yoldaşım səsi eşidib gəldi. Dedim ki, mən neçə dəqiqədi yerdə qalmışam. Ömər balamın kirvəsi harayıma çatdı. Hələ ki, o allergiyanı araşdırırıq. Hələ də səhərlər duranda səsimdə xırıldamalar olur.
 
Həkimlər dedi ki, bronxlarında kəskin problem olsaydı, ölümlə nəticələnəcəkdi. İndi analiz vermişəm, əkilməkdədi. İnşallah, cavabı yaxşı olar”.