Səhərlər mütləq bu 2 qidanı yeməlisiz – İlginc səbəb

  • 01 Oktyabr, 2019
  • 59296 Baxış
Səhərlər mütləq bu 2 qidanı yeməlisiz – İlginc səbəb
Səhərlər bu iki qidanı qəbul etmək orqanizminiz üçün faydalı ola bilər.

Türkiyəli dietoloq Y.Özcan araşdırmasının nəticəsi olaraq "səhər yeməyində kartof və alma yeyərək arıqlaya bilərsiz” –deyə, sosial mediada izləyicilərinə müraciət edib.

Medicina.az xəbər verir ki, dietoloq sürətli şəkildə arıqlamaq istəyənlər üçün bu üsulun faydalı olacağını bildirib. Lakin o, sürətli çəki atmağın sağlığa ziyanlı olduğunu bildirib. İnsanların istədikləri çəkiyə gəlməsi üçün psixoloji cəhətdən özünü hazırlaması da mütləqdir. 


Onun sözlərinə görə, səhər yeməyi üçün sürətli karbohidrat tərkibli qidaları seçmək lazımdır. Çünki sürətli karbohidrat tərkibli qidalar həm də qlükoza ilə zəngindir. Vücudun bu enerjini gün içində tükətməsi zəruridir. Beləliklə yedikləriniz bədəninizdə piyə çevrilməz. 

Bu baxımdan səhər yeməyi üçün fındıq, meyvə, quru meyvələr, kartof daha məsləhətlidir. Çünki kartof nişasta ilə zəngindir, yüksək kalorilidir və daha sonra asanlıqla yağa çevrilə bilir.
 
 
Alma isə mədə-bağırsaq sisteminin işləməsi üçün əvəzsiz vasitədir. Bu səbəbdən səhərlər yeyilməsi məsləhətdir. Axşam vaxtı yeyilən alma isə mədədə turşuluğa və narahatlığa səbəb olur.