Səhiyyə nazirliyi çimərliklərdə monitorinqə başladı

  • 2019.05.08 15:32
  • 5495 Baxış
Səhiyyə nazirliyi çimərliklərdə monitorinqə başladı
Səhiyyə Nazirliyi tərəfindən çimərliklərdə dəniz suyunun monitorinqinə başlanılıb.


Məlumatı Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.


Bildirilir ki, monitorinq zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılır.


Z. Kazımov əlavə edib ki, monitorinq Bakı, Abşeron, Azərbaycanın şimal və cənubunda yerləşən bütün çimərlikləri əhatə edəcək.

Yoxlamalarda dəniz suyu kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək.



Qrumun nümayəndəsi  bildirib ki,"Analizlərin nəticələri, çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığı barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ictimaiyyətə geniş məlumat veriləcək”.

Səhiyyə nazirliyi çimərliklərdə monitorinqə başladı