Siqaret çəkən kişilərin övladında sperma zəifliyi olur – ALİMLƏR

  • 2019.06.28 17:06
  • 8349 Baxış
Siqaret çəkən kişilərin övladında sperma zəifliyi olur  – ALİMLƏR
Gənc ataların siqaret çəkməsi onların oğlan övladlarının sperma səviyyəsinə təsir edir. Bunu Kopenhagen klinikasının həkimləri bildirib. Onlar hesab edir ki, ataları döllənmədən öncə çox siqaret çəkən uşaqların spermasında spermatozoidlərin səviyyəsi az olur.


Medicina.az xəbər verir ki, tədiqatda 19 yaşlı 800 gənc oğlanın analizləri tədqiq olunub. Bu uşaqların anaları etiraf edib ki, uşağın atası hamiləlikdən öncə və 16 həftəlik hamiləlik dövründə siqaret çəkib. 


Oğlanların sperma analizi göstərib ki, ataları hər gün siqaret çəkən oğlanlarda sperm 8% azdır, nəinki ataları siqaret çəkməyən. 

Düzdur tibbi baxımdan spermatozoid sayının 8-10% az olması hələ fertilliyin kəskin azalması demək deyil, amma həkimlər bildirir ki, bu uşaqlar yaşlaşdıqca və özləri də siqaret çəkməyə başlasalar, bu göstəricilər daha da azala və kişi sonsuzluğunun səbəbi ola bilər.  


Bəs bu azalmaya səbəb nədir. İş ondadır ki, siqaret, tütün çəkmə zamanı kişinin spermatozoidində genoma dəyişikliyə uğrayır, bu da döllənmə zamanı gələcək övlada ötürülür. 


Digər tədqiqatlar da ananın siqaret çəkməsinin uşağın fertilliyinə daha çox təsir etdiyini sübut etmişdi. Siqaret çəkən qadınlarda spermatozoidlərin keyfiyyəti, sayı 25% azalır. Əgər həm kişi, həm qadın siqaret çəkirsə, o zaman həmin cütlüyün oğlan övladının cinsi göstəriciləri sual altında olur.