Süni mayalanmaların çoxalmasına səbəb kişilərdir – Hər 3 kişidən birində problem var

  • 14 Avqust, 2019
  • 5099 Baxış
Süni mayalanmaların çoxalmasına səbəb kişilərdir – Hər 3 kişidən birində problem var
Son illər süni mayalanma (EKO) ilə övlad sahibi olanların sayı artır. Mütəxəssislər bildirir ki, bu metoda üz tutmağa gətirib çıxaran səbəblərin çoxu kişilərin payına düşür.

Kişi cinsi sağlamlığında problemlər 30% hallarda süni mayalanma ilə nəticələnir.
Medicina.az xəbər verir ki, tibb ekspertləri  bir neçə ildir övladı olmayan ailələrin hər 3-də birində kişidə problem olduğunu bildirir.

30% hallarda problem kişidədir, 30% hallarda isə hər ikisinə aid faktorlardır. Amma bu 30faizin də içində kişi problemi üzə çıxır. 
Ona görə süni mayalanmanın sayını azaltmaq üçün kişi reproduktiv sağlamlığının qayğısına vaxtında qalmaq lazımdır. 

Qeyd edək ki, Rusiyada hər il minlərlə ailəyə dövlət milli layihəsi çərçivəsində pulsuz süni mayalanma edilir. 2024-cü ilə kimi bu sayın artırılıb, 450 min ailəyə çatdırılması nəzərdə tutulur. Azərbaycanda pulsuz süni mayalanmanın icbari tibbi sığortanın proqramına daxil olub-olmaması sual altındadır.