Toyuq qaraciyərindən salat – Hazırlanma qaydası

  • 2019.05.10 20:42
  • 10840 Baxış
Toyuq qaraciyərindən salat –  Hazırlanma qaydası

Bu salatda həm ət, həm də faydalı tərəvəzlər birləşib. Ramazan süfrələrinin doyumlu salatı ola bilər, uşaqlar da çox bəyənəcək.

Medicina.az resepti təqdim edir:


Ərzaqlar:


Toyuq qaraciyəri – 300 qr

Yumurta -3 ədəd

Duzlu xiyar – 2 ədəd

Yaşıl noxud – 50 qr

KÖk – 1ədəd

Şüyüd, yaşıl soğan

Mayonez – 2 x.q

Duz. istiot


Hazırlanması:


Qaraciyər yuyulur, soyuq su alınıb, azca duz səpilib, bişirilir. Elə suyun içində sonra soyudulur ki, rəngi qaralmasın. Kökü bişirin.

Qaraciyər və kökü kub doğrayın.


Bura duzlu xiyar və suda bişmiş yumurtanı da kubik formasında doğrayıb əlavə edin.


Sonda yaşıl qorox, xırda doğranmış soğan, göyərtini də qatıb duz istiot vurun və mayonezlə qarışdırın.