Uşağa bu meyvəni 1 ədəddən çox vermək olmaz – Moskvanın baş pediatrı

  • 24 Avqust, 2019
  • 8174 Baxış
 Uşağa bu meyvəni 1 ədəddən çox vermək olmaz – Moskvanın baş pediatrı
Moskva kliniki uşaq xəstəxanasının baş həkimi İsmayıl Osmanov uşaqlara gündə 1-dən artıq alma verməyi məsləhət görmür. 

Medicina.az xəbər verir ki, o, bunu almanın uşaq həzm sistemini pozması, alma tumlarında olan sinil turşusunun isə uşaq orqanizmi üçün təhlükəli olması ilə izah edib.

"Uşaq gündə 1 almanı və ya 1 almanın şirəsini içməlidir, meyvənin tumlarını isə çıxarmaq lazımdır. Alma tumları həm də nəfəs yollarında tez –tez ilişir. Ümumiyyətlə, alma mədə-bağırsağı pozur, uşaqlara stəkanla alma şirəsi vermək düzgün deyil”