Uşağın ağzındakı stomatiti qəpik-quruşluq dərmanla sağaltdı – Aylarla müalicələrdən effekt görmürdü

  • 19 İyun, 2019
  • 91811 Baxış
Uşağın ağzındakı stomatiti qəpik-quruşluq dərmanla sağaltdı – Aylarla müalicələrdən effekt görmürdü
Stomatit ağız içində, damaqda, bəzən dildə əmələ gələn qabarcıqlar, kiçik xoralar, ağrılı yaralardır.
Daha çox uşaqlarda və gənclərdə rast gəlinir.

Müalicə məqsədilə müxtəlif dərman, sprey və mazlar yazılır, yaralar gec sağalır,xəstə yemək yeyə bilmir. Müalicədən sonra itsə də bir müddət sonra yenidən qayıda bilir.

Medicina.az xəbər verir ki, 5 yaşlı övladında il ərzində 2-3 dəfə təkrarlanan ağız içi yaralardan müalicə alan və elə də ciddi effekt görməyən ana təsadüfən öyrəndiyi bir metodla bu xəstəliyi 2 günə sağaltmağa nail olub. Belə ki, bu problemin daha çox B 12 vitamini çatışmazlığından olduğunu öyrənib və B 12 ampulunu alaraq, elə birbaşa yaralara damcılatmağa qərar verib.

Həmin resepti pasiyentin öz dilindən təqdim edirik:

"Aptekdən B12 ampulu alıb, onu qırıb, damcı damcı hemin yaralara töküb çəkdim. Eləcə də uşağa B 12 vitamini verdim. Yaralar 2 günə sağaldı. Oğlum son 6 ayda 2 dəfə idi ki, stomatitdən əziyyət çəkirdi. Buna qədər 2 həkim müxtəlif müalicələr yazmışdı, hamısını da edirdik. O yaralara iynə-dərman belə kömək etmirdi. Amma indi stomatit çıxan kimi elə B 12 çəkirəm, çəkilib gedir. Yoxsa uşaq dərman, maz qəbul etməkdən yorulmuşdu”.