Uşaq ölümü 90-cı illərə nisbətən 3 dəfə azalıb

  • 2019.06.21 15:30
  • 6692 Baxış
Uşaq ölümü 90-cı illərə nisbətən 3 dəfə azalıb

Uşaqlar
arasında ölüm halları 90-cı illərə nisbətən 3 dəfə azalıb.


Medicina.az-ın
məlumatına görə, bunu K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun
direktoru Nəsib Quliyev deyib.


N.Quliyev
bildirib ki, amma bununla kifayətlənmək olmaz:


"Biz
çalışırıq ki, uşaq ölümlərinin statistikası dünyanın ən inkişaf etmiş ölkələrində
qeydə alınan rəqəmlərə yaxınlaşsın. Bu məqsədlə ana və uşaqların sağlamlığı
üçün tədbirlər həyata keçiririk".


 


 


 


Qeyd edək
ki, daha öncə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirmişdi ki, son 15
il ərzində Azərbaycanda ana ölümü 18.5-dən 12.7-ə, körpə ölümü 15.5-dən 11.1-ə
endirilib.