Viaqra kişini impotent etdi – 26 yaşı var

  • 2019.10.09 17:16
  • 9573 Baxış
Viaqra kişini impotent etdi –  26 yaşı var
Cəmi 3 dəfə Viaqra qəbulundan sonra gənc kişidə əvvəlcə ağrılı ereksiya, daha sonra isə tam erektil disfunksiya baş verib.


Medicina.az xəbər verir ki, 26 yaşlı elektrik Net Sind 3 dəfə Viaqra qəbul etsə də hər şey qaydasında olub. Lakin sonuncu dəfə cəmi bir tabletdən sonra Sindin ereksiyası azalmır və ağrı verir. Kişini elə yataqdan birbaşa təcili yardıma aparırlar. Orda ona priapism – cinsi orqanda qan dövranı pozulması diaqnoz qoyulur. 


Həkimlər 3 gün penisdə qan dövranını bərpa etməyə çalışsalar da nəticə olmayıb. Məcburən cərrahi əməliyyatla şunt qoyulur. Ereksiya itir, amma cərrahi əməliyyatın mənfi fəsadları nəticəsində damar və sinir ucları zədələnir. 


"İndi mənim orqanımın ucu kəsilib, hissiyat yoxdur, ereksiya olmur, ağrılar isə davam edir. Bu çox ağırdır və mənə utanc verir. Digər ölkədə müalicə üçün pul yığmalıyam. Ümid edirəm elə cərrah var ki, orqanın zədəli sinir və damarlarını bərpa edəcək”.