Xərçəng xəstəsi aparıcı əməliyyat olunacaq- "Maddi sıxıntım var, dərmanlar çox bahadır"

  • 2019.08.23 14:38
  • 17102 Baxış
Xərçəng xəstəsi aparıcı əməliyyat olunacaq-  "Maddi sıxıntım var, dərmanlar çox bahadır"

 Lider TV-nin xərçəng xəstəsi olan əməkdaşı Zərifə Çobanzadə əməliyyat olunacaq. 

 

Medicina.az xəbər verir ki, Qarın boşluğunda onkoloji şiş aşkarlanan Çobanzadənin planlaşdırılmış cərrahiyyə əməliyyatı qanında şəkərin yüksək olduğuna görə təxirə salınmışdı. Artıq qan şəkəri normaya düşdüyündən cərrahiyyə əməliyyatı gələn həftənin çərşənbə axşamına təyin edilib. Əməliyyatı onkoginekoloq Şəmistan Əliyev həyata keçirəcək. 


Milli Onkologiya Mərkəzində (MOM) müalicəyə başlayan televiziyaçı maddi sıxıntı yaşadığını deyir: 


"Düzdür, burada məndən pul istəmirlər, amma dərmanlar çox bahadır. Xüsusilə də, qaraciyər üçün etdiyim müalicəmin dərmanların qiyməti olduqca yüksəkdir, çatdıra bilmirəm. Əslində ölümdən qorxmuram, yarım qalan uşaqlarımın dərdini çəkirəm.

 

Oğlum qan xəstəsidir, onun da dərmanları çox bahadır.  Himayəmdə tək öz övladlarım deyil, həm də xəstə bacımın övladları var. Problemlər üzt-üstə gəldiyindən çətin vəziyyətdəyəm. Xəstəliyimdən çox maddi vəziyyətim mənə stress yaşadır. Xərçəng elə bir xəstəlikdir ki, stressdən güc alıb, xəstəni öldürür. Sözün düzü, bu aralar ən çox mənəvi dayağa ehtiyacım var. Soruşanlar, axtaranlar sağ olsun, amma bəzi dost-tanışın laqeydliyi məni üzür". (Baku.ws)