"Xəstə bizə ürək dayanması ilə daxil olmuşdu, əməliyyat zamanı ölməyib" - Ege Hospitaldan AÇIQLAMA

  • 2019.06.10 15:53
  • 6526 Baxış
"Xəstə bizə ürək dayanması ilə daxil olmuşdu, əməliyyat zamanı ölməyib" -  Ege Hospitaldan AÇIQLAMA
"Ege Hospital” xəstəxanada əməliyyat zamanı ölüm hadisəsi baş verdiyi xəbəri ilə bağlı məlumat yayıb.

 

Medicina.az xəbər verir ki, Bakupost.az-a daxil olan məlumatda bildirilir ki, yayılan xəbərlər əsassızdır:

 

"Nəzərinizə çatdırmaq istəyirik ki, Rusiya respublikasının vətəndaşı 1958-ci il təvəllüdlü Yadrişnikova Lyudmila Timofeyevna 07.06.2019-cu il tarixində "Ege Hospital”-ın təcili yardımına ürək dayanması diaqnozu ilə çox ağır vəziyyətdə çatdırılıb. Peşəkar həkimlərin tibbi müdaxiləsi nəticəsində xəstənin ürək fəaliyyəti bərpa olunub. Lakin xəstənin ümumi vəziyyətinin çox ağır olması səbəbindən bir neçə saat sonra dünyasını dəyişib. Qeyd etmək istəyirik ki, müvafiq şəxsə "Ege Hospital”-da heç bir əməliyyat icra olunmayıb".


Xəstəxananın yaydığı məlumatda o da bildirilir ki, Yadrişnikova Lyudmila Rusiya Respublikasında onkoloji müalicə alıb, lakin müalicənin heç bir faydası olmadığından həmin şəxsə Rusiya respublikasında edilən tibbi müdaxilələr dayandırılıb.