"Xəstəliyimə görə məni xınalara çağırmırlar, işimi bağladım" - Əməkdar artist

  • 2019.06.14 18:47
  • 16675 Baxış
"Xəstəliyimə görə məni xınalara çağırmırlar, işimi bağladım" -  Əməkdar artist
Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyeva artıq xına məclislərinə dəvət edilmədiyini söyləyib.


Medicina.az xəbər verir ki, lent.az-ın canlı yayımına qonaq olan aktrisa biznesinin bağlandığını deyib:


"Xəstəliyim olan gündən xınalara çağırmadılar. Yəqin, valideynlər deyir ki, bu xəstə gəlib bizə nə arzu edəcək? Ayaqüstəyəm, danışa bilirəm.

 

Təkcə saçım yoxdur. Nə olsun? Toya gedirsən ən az 5 nəfərin başında parikdir. Onsuz xınada yaylıq örtürəm. Yenə də onları qınamıram. Amma bu iş məndə bağlandı. Əminəm ki, xəstəliklə bağlı oldu"