Yevlax xəstəxanasının şöbə müdirinə cinayət işi açıldı

  • 2019.08.16 16:09
  • 5751 Baxış
Yevlax xəstəxanasının şöbə müdirinə cinayət işi açıldı
Yevlaxda xəstəxananın şöbə müdiri barəsində cinayət işi başlanıb, iş məhkəmədədir


Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Qədir Süleymanov barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Medicina.az məlumat verir ki, "Report"un xəbərinə görə, iş baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.


Hakim Ruslan Əlizadənin icraatında olan iş üzrə hazırlıq iclası avqustun 27-ə təyin edilib. 


Q.Süleymanov Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.


Xatırladaq ki, Yevlax rayonunda icbari tibbi sığorta pilot layihə çərçivəsində tətbiq edilir və Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdir.