Yüksək təzyiq xəstələri hər gün bu çərəzdən yesin – FAYDASI

  • 2019.07.24 14:46
  • 9935 Baxış
Yüksək təzyiq xəstələri hər gün bu çərəzdən yesin –  FAYDASI
Yüksək təzyiqdən əziyyət çəkən insanlar hər gün az miqdarda qoz yesələr, təzyiqləri normaya düşə bilər. Bunu Pensilvamiya tədqiqatçıları bildirir. 

Medicina.az xəbər verir ki, alimlər qozun tərkibində olan alfa-linolen turşusu müalicəvi təsir edir.


Eksperimentdə iştirak edən 45 könüllü 3 qrupa bölünür. Onlara doymuş yağlar az verilib. Bir qrupa isə hər gün qoz yemək təklif edilir. Qalan 2 qrupa doymamış yağ turşularını digər mənbələrdən verirlər.


6 həftə ərzində onlardan qan analizi alınır, təzyiq ölçülür. 6 həftəlik nəticələrdən məlum olub ki, gündə qoz qəbul edən hipertoniklər qrupunda arteial təzyiq daha effektiv düşüb.  Ona görə də yüksək təzyiqli xəstələrin gün ərzində yarım ovuc qozu hissə-hissə yeyib bitirməsi tövsiyə olunur.