Sağlam insan nəcisinin xəstə insana köçürülməsi - Fekal mikrobiota transplantasiyası (FMT) Azərbaycanda/ VİDEO

  • 2018.06.11 16:29
  • 18579 Baxış
Sağlam insan nəcisinin xəstə insana köçürülməsi -  Fekal mikrobiota transplantasiyası (FMT) Azərbaycanda/ VİDEO
Fekal mikrobiota transplantasiyası (FMT) – sağlam insandan (donordan) alınmış bağırsaq mikrobiotası ilə zəngin nəcis materialının xəstə insana köçürülməsidir. FMT edilməsində məqsəd bağırsaq mikroflorasının tərkibini və filogenetik müxtəlifliyini bərpa etməklə xəstəliyi müalicə etməkdir.

 

Medicina.az xəbər verir ki, artıq Azərbaycanda bu metodla müalicələr aparılır. 


Bəs bu müalicə metodu hansı xəstəliklərdə effektivdir?


1.Cl. Difficile infeksiyası--əsasən antibiotik terapiyasından sonra olur. Xəstə xronik diareyadan (ishaldan) əziyyət çəkir, bəzən bu xəstəlik dərman müalicəsinə tabe olmur, dəfələrlə residiv verir.


2.Bağırsağın iltihabi xəstəliyi (Crohn xəstəliyi, xoralı kolit)-xəstə qanlı, selikli ishaldan əziyyət çəkir (gündə 10-25 dəfə), çox vaxt bir-birindən ağır yan təsirləri olan dərman müalicəsi belə effekt vermir. Bu xəstəliklərdə istifadə olunan dərmanların osteoporoz, böyrək çatışmazlığı, kəskin pankreatit, limfoma, dəri xərçəngi, neyrotoksik, vərəmin baş qaldırması kimi yan təsirləri var.


3.Piylənmə- bu xəstəlikdən əziyyət çəkən xəstələr müxtəlif nəticəsiz pəhrizlərə, effektsiz müalicələrə, hətta, cərrahi müdaxilələrə dəfələrlə müraciət edirlər. Amma piylənmənin əsas səbəbi yogun bağırsaq mikrobiotasının pozulması ola biləcəyini gözdən qaçırırlar; metabolik pozulmanın (piylənmə, insulin rezistentliyi) inkişafında bağırsaq mikroflorasının rolunun olması artıq faktdır. Arıq insanların bağırsaq florası piylənmədən əziyyət çəkən insanların bağırsaq florasından fərqlidir və FMT ilə bu metabolik pozulmanı aradan qaldırmaq mümkündür.


4.Bağırsağın qıcıqlanma sindromu-mədə-bağırsaq traktının ən çox təsadüf olunan xəstəliklərindən biridir. Xəstətlər səbəbsiz diareyadan və ya qəbizlikdən əziyyət çəkir. Patofiziologiyası tam öyrənilməsə də, patogenezində mərkəzi və periferik mexanizmlərin rolu məlumdur. Belə xəstələrdə bağırsaq mikroflorasının müxtəlifliyinin pozulması bağırsağın iltihabi xəstəliklərində, piylənmədə və Cl. Difficile infeksiyasında olduğu kimidir və belə halda FMT illərlə diareyadan (ishaldan) və ya qəbizlikdən əziyyət çəkən xəstələrin çarəsi ola bilər.




 

Əlaqə:


Tel.: (+994 12) 430 89 89

Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında


Instagram: bioloji.tebabet