Simptomları deyil, xəstəliyin kökünü müalicə edən terapiya - Almaniya metodikası

  • 2018.12.03 17:24
  • 9957 Baxış
Simptomları deyil, xəstəliyin kökünü müalicə edən terapiya -  Almaniya metodikası
Niyə bioloji təbabət ən doğru müalicə yoludur?


İnsan orqanizmində daima bioloji proseslər baş verir: həzm, tənəffüs, metobolizm, drenaj, detoksikasiya və s. Bu proseslərin reallaşması birbaşa psixoneyroendokrin – immun sistemi ilə bağlıdır. İnsan orqanizmi bütöv biosistem olaraq özünütənzimləmə, regenerasiya və özünüsağaltma qabiliyyətinə malikdir. Bioloji proseslərin uzun müddət davam edən pozulmaları insan orqanizmində özünütənzimləmə qabiliyyətinin tükənməsinə səbəb olur. Nəticədə xroniki xəstəliklər zamanı patoloji proses hüceyrəətrafı sahədə baş verir, çünki bütün hüceyrələrin funksiyaları hüceyrəətrafı mühit vasitəsilə PNEİ sistemi tərəfindən tənzimlənir


Medicina.az xəbər verir ki, Biloji təbabətin 6 əsas prinsipi var:


1.ZƏRƏR VERMƏMƏK – təhlükəsiz və effektiv müalicə metodlarından istifadə edir


2.TƏBİƏTİN MÜALİCƏVİ GÜCÜ – Hər bir həkimin vəzifəsi orqanizmin özünübərpa proseslərini təbii və zərərsiz üsullarla sürətləndirməkdən ibarətdir


3.SİMPTOMLARI DEYİL, XƏSTƏLİYİN SƏBƏBİNİ MÜALİCƏ ETMƏK – həkim xəstəliyə simptomlarına əsasən diaqnoz qoyur və müalicə edir. Hər bir simptom orqanizmin öz-özünü müalicəetmə cəhdinin təzahürüdür. Xəstəliyin mənbəyi o zaman aradan qaldırılır ki, orqanizmdə özünübərpa prosesləri işə düşür. 


4.BÜTÖV ORQANİZMİN MÜALİCƏSİ – insan orqanizmi bütöv bir biosistemdir. Həkim pasiyentin fərdi xüsusiyyətlərinə uyğun müalicə proqramı təklif edir


5.HƏKİM MÜƏLLİMDİR -  pasiyentin maarifləndirilnəsi, motivasiyası hər bir həkimin birinci vəzifəsidir. Yalnız bundan sonra o öz müalicəsini həyata keçirə bilər.


6.PROFİLAKTİKA MÜALİCƏDƏN DAHA ASANDIR – biotənzimləyici təbabətlə məşğul olan həkim profilaktik təbabət üzrə ən yaxşı mütəxəssisdir. Həkim irsi meyilliliyi və risk faktorlarını qiymətləndirərək, müvafiq tədbirləri həyata keçirir. 


Bioloji təbabətin bir-birindən fərqli müalicə üsulları:


1.Turşu – qələvi balansının tənzimlənməsi

2.Drenaj – detaksikasion terapiya

3.Biotənzimləyici terapiya

4.İzopatik terapiya

5.Mikrobioloji terapiya

6.Ortomolekulyar terapiya

7.Nevral terapiya

8.Homeosiniatriya

9.Autohemoterapiya

10.Osteopatiya

11.Konstitusional terapiya


Müalicə üsullarının əsas təsir mexanimzləri:


-İnsan orqanizminin özünütənzimləmə, adaptasiya, regenerasiya və özünüsağaltma qabiliyyətinin bərpası


-Orqanizmin bütün özünübərpa ehtiyatlarının mobilizasiyası


Yalnız bu yanaşma və müalicə ilə insan orqanizminin müxtəlif pozulmalarını, xəstəliklərini və onun fəsadlarını aradan qaldırmaq mümkündür.

 

Məlumat üçün bildirək ki, Azərbaycanda bioloji təbabət Bioloji Təbabət Klinikasında aparılır.