Təbii insulin tapıldı! Qaynadıb suyunu 7 gün için... - VİDEO

  • 22 Yanvar, 2019
  • 15209 Baxış
Təbii insulin tapıldı! Qaynadıb suyunu 7 gün için... - VİDEO
 
Özünəməxsus dadı ilə yeməklərə ləzzət verən sumağın orqanizm üçün faydaları saymaqla bitmir. 

Medicina.az sizə sumağın bu çox az bilinən faydalarını təqdim edir:
 

Sumaq meyvələri qurudularaq toz halına gətirilir və ədviyyat kimi istifadə edilir. 

150 növündən yalnız 2-si zəhərsiz olan sumaq bitkisi ölkəmizdə də becərilir.  

Faydaları: 

- Qanda olan insulin səviyyəsini düzəldir. Bu xüsusiyyətinə görə diabet və yüksək təzyiq xəstələrinin mütləq ondan istifadə etmələri məsləhətdir.

- Antioksidant təsiri sayəsində yuxarı tənəffüs yolları xəstəliklərində qəflətən meydana gələn qızdırmanı aşağı salaraq beyini qoruyur. 

- Həftədə bir dəfə qəbul edilən sumaq suyu sinir sistemində olan zədəli hüceyrələrin sayını azaldaraq sağlam hüceyrə yaranmasını təmin edir.  Yorğunluq, stress və depressiya kimi narahatlıqların yaranması riskini də aradan qaldırır.  

- Qida zəhərlənməsi zamanı sumağı qaynadaraq bir stəkan qəbul etməyiniz faydalı olacaq. Həm mədənizi, həm də bağrsaqlarınızı təmizləyərək zəhərlənməyə səbəb olan bakteriyaları sidik və nəcis vasitəsilə xaricə çıxaracaq. 

- Sumaq suyundan arıqlamaq üçün də istifadə olunur. 

- Əgər övladınızda iştahsızlıq varsa onda uşağa ayda bir dəfə sumaq suyu içirin. Bu onun həm immunitetini həm də iştahasını artıracaq.
 
Tələb olunanlar: 

1 x/q sumaq
1 stəkan su

Hazırlanması: 

Suyu və sumağı bir qaba tökərək qaynadın. Daha sonra soyudaraq süzün. 
 
Diabet və yüksək təzyiq xəstələri sumağı qaynadıb, suyunu 7 gün içərsə, effektini tez bir zamanda görəcək.
 
Arzu 
Medicina.az