Çöpçünün diaqnozunu məşhur cərrah təsdiqlədi - 8 aylıq körpə ölümdən döndü - FOTO8 aylıq körpə ölümdən döndü - FOTO

  • 2017.09.27 16:49
  • 15858 Baxış
Çöpçünün diaqnozunu məşhur cərrah təsdiqlədi - 8 aylıq körpə ölümdən döndü - FOTO 8 aylıq körpə ölümdən döndü - FOTO
Samux rayon xəstəxanasında səhv diaqnoz ucbatından 8 aylıq körpənin həyatı risk altına düşüb.

 

Medicina.az xəbər verir ki, uşaq ani boğulma səbəbindən təcili rayon mərkəzi xəstəxanasına aparılıb. Orda inaq, soyuqdəymə diaqnozu qoyulub, müalicə yazılaraq evə yola salınıb. Uşağın halının pisləşdiyini, nəfəs almasının çətinləşdiyini görən valideynlər Bakıya gələrək başqa həkimlərə üz tutmağa məcbur olublar. Paytaxtda da bir neçə həkim uşağa diaqnoz qoya bilməyib. Ölümcül vəziyyətdə Mərkəzi Klinikanın Uşaq cərrahiyyəsi şöbəsində çatdırılan uşaq rentgenə salındıqdan sonra problemin nədən ibarət olunduğu bilinib. Rentgen zamanı məlum olur ki, uşağın nəfəs yolunda səs tellərinin altında ölçüsü kifayət qədər iri olan sümük parçası var.


Ciddi texniki çətinliklərlə bronxoskopiya edilərək, sümük çıxarılıb. 


Valideynləri əti blenderdən keçirib sonra verdiklərinə arxayın olduqlarından sümük parçasının bütöv qalmasına inanmayıblar. Lakin göründüyü kimi bəzən blenderdən keçirilmiş yemək də təhlükə ola bilər. 


Uşağı əməliyyat edən cərrah Fuad Hüseynov məsələ barədə medicina.az-a danışarkən maqlı fakt açıqlayıb. Məlum olub ki, Samux xəstəxanasının həkiminin diaqnozunun fayda vermədiyini görən valideynlər "çöpçü”yə gediblər. Uşağın boğazında sümüyün qalmasını da məhz "çöpçü” deyib. Lakin o, bu problemi həll edə bilməyəcəyini söyləyib. Bundan sonra uşaq Bakıya gətirilib: "Valideynlər "çöpçü”yə də gediblər. Lakin çöpçü bunun öhdəsindən gələ bilməzdi. Elə o "cərraha göstərin” deyib. Valideynlərə demək istərdim ki, sümük və ya hər hansı qalıq tənəffüs yolunda elə tıxana bilər ki, buna xüsusi alətlərlə müdaxilə olunmalıdır. Qızıl vaxtı çöpçülərə sərf etmək uşağı itirməyə səbəb ola bilər. Dünyanın qabaqcıl ölkələrində uşağın boğazında nəsə qalarsa, onu uşaq cərrahı və pediatra aparırlar. Bu sahədə maariflənməyin vaxtı gəlib çatıb. 

O ki qaldı, rayon xəstəxanasında inaq diaqnozuna, bu da orda müasir rentgen və bronxoskopiya aparatlarının olmamasından irəli gəlir. Həkim nə qədər baxsa da, səs tellərinin altında ilişən sümüyü görə bilməyəcəkdi. Bu halda həmin həkimin səhvi valideyni düzgün həkimə yönləndirməmək olub. Əgər sən bilmədinsə, o demək deyil ki, heç kim bilmir. 8 aylıq bu körpə çox yox, cəmi 3-4 saat klinikamıza gec çatsaydı, artıq həyatda deyildi”.

 

Çöpçünün diaqnozunu məşhur cərrah təsdiqlədi - 8 aylıq körpə ölümdən döndü - FOTO 8 aylıq körpə ölümdən döndü - FOTO
Çöpçünün diaqnozunu məşhur cərrah təsdiqlədi - 8 aylıq körpə ölümdən döndü - FOTO 8 aylıq körpə ölümdən döndü - FOTO
Çöpçünün diaqnozunu məşhur cərrah təsdiqlədi - 8 aylıq körpə ölümdən döndü - FOTO 8 aylıq körpə ölümdən döndü - FOTO