Uşaqların qusmağı əslində faydalı imiş - Orqanizmi təmizləyir

  • 2017.12.26 11:45
  • 61979 Baxış
Uşaqların qusmağı əslində faydalı imiş -  Orqanizmi təmizləyir
Xəstəliklərin daha çox yayıldığı mövsüm qış fəslidir. Uşaqlar arasında isə ən çox rastlanan xəstəliklər qusma və ishaldır. Adətən buna həzm sistemindəki viruslar səbəb olur. Bu hal vücudda su itkisinə səbəb olur ki, kifayət qədər maye qəbul edilmədikdə daha ağır nəticələr yarada bilər.

 

Medicina.az xəbər verir ki,Türkiyədə fəaliyyət göstərən özəl klinikalardan birinin pediatrı Özlem Sipahinin sözlərinə görə, şiddətli qusmalar fərqli xəstəliklərin xəbərçisi ola bilər:


"Qusma mədə bağırsaq infeksiyası xəstəliyinin əlamətlərindən biridir. Uşaqlarda görünən sidik kanalı infeksiyalarından menengitə qədər bir çox xəstəliyin ilk əlaməti olan qusma, qarın ağrısı, halsızlıq, ishala səbəb olur. Bu səbəbdən qusmağa başlayan uşağın nə qədər qusduğuna və  sidiyinin rənginə mütləq nəzarət edilməlidir”.


Pediatr əlavə edib ki, əslində ishal və qusma bakteriyaları vücuddan atmağa kömək edir:


"Uşağın qusması zamanı çox sayda bakteriya bədəndən çıxmış olur. Əks təqdirdə bakteriyaların sayı arta bilər və bağırsaq divarını deşərək bütün vücuda yayıla bilər”.


Qusma, hər uşaqda və körpədə müşahidə edilə bilən problemdir. Ancaq bəzi vəziyyətlərdə  başqa xəstəliklərin xəbərçisi ola bilər. Bunu müəyyən edən faktorlar isə qusmanın şiddəti, miqdarı və zamanıdır. Körpələrdə görünən şiddətli qusmalar, həzm sistemi ilə bağlı xəstəliklərin siqnalını verə bilər. Hətta mədə darlığı da zədənərək qusmağa yol aça bilər.


Bu zaman mütləq maye çox qəbul edilməlidir. Əgər uşaq içdiyi suyu 10 dəqiqə içərisində qusarsa, bu, su itkisindən xəbər verir. Bu zaman mütləq həkimə müraciət edilməlidir.

 

Şəhanə Quliyeva