Azərbaycanda kök hüceyrə terapiyası – Ən ağır sinir xəstələrinə müjdə - VİDEO

  • 2019.02.27 17:48
  • 26918 Baxış
Azərbaycanda kök hüceyrə terapiyası –  Ən ağır sinir xəstələrinə müjdə - VİDEO
İnkişaf etmiş ölkələrdə, eləcə də Türkiyədə tətbiq olunan, bir çox ağır xəstələrin son ümid olaraq üz tutduğu kök hüceyrə ilə müalicə metodikası Azərbaycanda da tətbiq olunmağa bağlayıb və artıq bir neçə xəstə üzərində tətbiq olunub.


Bu metodika ilə ölkəmizdə ilk olaraq məşğul olan nevroloq Sevinc Heydərova Medicina.az-a açıqlamasında  kök hüceyrə terapiyası barədə bunları deyib:


Kök hüceyrə differensasiya olunmamış hüceyrədir, hansı ki, digər toxumalara çevrilə bilir. Məsələn, qığırdaq zədələnməsi bərpa olmur, ora kök hüceyrə köçürdükdə, o qığırdağı bərpa edir. Dəri zədələrində dəriyə köçürüldükdə, dəridə yenilənmə gedir. Onurğa yırtıqlarında da diskin qidalanmasını yaxşılaşdırır.

Kök hüceyrə kifayət qədər bahalı müalicədir, xarici ölkələrdə daha yüksək qiymətə təklif olunur. Amma bizim ölkədə bir qədər əlçatandır və sərfəlidir. 


Kök hüceyrə göbək ətrafındakı yağdan ayrılır. Bu yağ laboratoriyada xüsusi olaraq işlənilir. Daha sonra oynaq, sinir sistemi xəstəliklərində iynə ilə nahiyəyə yeridilir, ya da venaya infuziya olunur.


Kök hüceyrə köçürülməsi bu xəstəliklərdə təyin oluna bilər. 


-Oynaq-əzələ xəstəlikləri

-Onurğa problemləri

-Boyun ağrıları

-Sinir sistemi – miopatiya, 

-Dağınıq skleroz

-Uşaq serebral iflici

-Parkinson

-Dəri qüsurları və s


Oynaq əzələ xəstəliklərinin müalicəsində proloterapiya ilə kök hüceyrə birləşdirildikdə, birlikdə inanılmaz müsbət nəticələr əldə etmişik. 


Məsələn, 4-cü dərəcəli diz artrozu və meniks yırtığından əziyyət çəkən qadın pasiyentə kök hüceyrə tətbiq etdik. 1 ay sonra ağrıları itmiş, sərbəst gəzə və dizini qatlaya bilirdi. Bu, hələ başlanğıcdır. Effekt hələ 3 ay ərzində daha da artacaq. Əgər lazım gələrsə, 6 aydan sonra ikinci dəfə də kök hüceyrə köçürüb effekti möhkəmlətmək olar.

 

 Həkimlə Əlaqə:  

055 307 07 76