Bizim valideynlərdə məsuliyyət yoxdur - Uşaq cərrahı - VİDEO

  • 29 Mart, 2019
  • 6978 Baxış
Bizim valideynlərdə məsuliyyət yoxdur - Uşaq cərrahı - VİDEO
Azərbaycanın tanınmış uşaq cərrahı, çox valideynlərin övladının həyatını borclu olduğu Gündüz Ağayev Elmi-Tədqiqat Pediatriya İnstitutunun erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsinin rəhbəridir. 

Pediatriya İnstitutunun nəzdində 2010-cu ildə yaradılmış bu şöbə 40 çarpayılıqdır və 0-4 yaş qrupunda körpələrin müalicəsini əhatə edir. Respublika üzrə bütün yeni doğulan, vəziyyəti ağır uşaqlar bura gətirilir. 

Uşaq cərrahı, tibb üzrə fəlsəfə elmləri namizədi Gündüz Qasımov kiçik yaşlı uşaqların səhhətində yaranmış problemlərdə, müalicə və əməliyyata gecikmələrində valideyn səhlənkarlığının da az rol oynamadığını bildirib. 
 
Həkim uşaqların dispanser nəzarətinin vacibliyini vurğulayıb. Onun valideynlərə tövsiyyələrini Video müsahibədə təqdim edirik.