Böyrəyi çıxarılmalıydı, robotik əməliyyatla xilas olundu – Xərçəng əməliyyatı - VİDEO

  • 2019.02.19 18:26
  • 11790 Baxış
Böyrəyi çıxarılmalıydı, robotik əməliyyatla xilas olundu  – Xərçəng əməliyyatı - VİDEO
Türkiyənin 53 yaşlı Ramazan Aktar böyrəyində xərçəng aşkarlandıqdan sonra əməliyyatla böyrəyini tam itirmək təhlükəsi ilə üz-üzə qalıb.

 

Bir çox həkimlər şişin böyrəkdə çox çətin yerdə yerləşməsini nəzərə alaraq, böyrəyin tam çıxarılmasını təklif ediblər. Xəstə isə böyrəyini itirmək istəmədiyindən başqa cərrah axtarışına çıxır. Bir dostu onu prostat xərçəngindən uğurlu əməliyyat etmiş LİV Hospitalın uroloji uzmanı Tahir Karadenizi məsləhət görür.

 

Cərrah şişin yerləşməsinin çox mürəkkəb olduğunu nəzərə alıb, robotik əməliyyata qərar verir. Xəstənin sağ böyrəyin içinə kiçik, özəl USM cihazı daxil olunur, dəfələrlə böyüdülmüş bir görüntü alınır və robotla həmin çətin yerləşmiş, çıxıntısı olmayan şiş kəsilib götürülür.

 

Beləliklə, xəstə böyrəyini itirmədən şişdən azad olur. Əməliyyatdan sonra xəstə özünü çox yaxşı hiss edir, şiş və böyrək xəstəliyi səbəbindən səhhətində baş vermiş ağırlaşmalar və problemlərdən də xilas olur.

 

Medicina.az xəstədə icra edilən Robotik Parsiyel Nefroktomiya əməliyyatı barədə uzman cərrahın açıqlamasını təqdim edir.

 

VİDEO izlə